Əsas səhifə Biznes Milyarder Trump ABŞ-ın ən varlı 400 insanı siyahısından çıxmaq üzrədir – Forbes

Trump ABŞ-ın ən varlı 400 insanı siyahısından çıxmaq üzrədir – Forbes

353
donald tramp

ABŞ Prezidenti Donald Trampın sərvəti 3,1 milyard dollara enib və nəticədə o, ABŞ-ın ən varlı 400 insanı siyahısında (Forbes-400) 138 pillə geriləyib.

“Banker.az” bildirir ki, Forbes jurnalının məlumatına görə, 2015-ci ildə Trampın varidatı 4,5 milyard dollar təşkil edirdi. Beləliklə, ötən müddət ərzində o, 1 milyard dollardan çox pul itirib. 2017-ci ildə dərc olunan analoji reytinqdə Tramp 248-ci pillədə yer almışdı.

Forbes siyasi və biznes faktorlarının bir arada olmasını Trampın varidatının azalmasının əsas səbəbi kimi göstərir. Əsasən də mətbuatın prezidentə neqativ münasibəti və onun daşınmaz əmlak biznesinin təzyiq altında qalması qeyd olunur.

“Donald Tramp nə qədər çalışsa da, prezidentlik sayəsində varlana bilməyəcək”, – jurnal belə yazır.

1 rəy

  1. 298288 182545This design is steller! You obviously know how to keep a reader entertained. Between your wit and your videos, I was almost moved to start my own blog (well, almost…HaHa!) Excellent job. I really loved what you had to say, and more than that, how you presented it. Too cool! 360584

Rəy bildir

Please enter your comment!
Please enter your name here