Sovet mənzillərinin divarlarında xalça fonunda şəkillər çoxdan dəbdən düşmüşdü. Lakin hal-hazırda vəziyyət dəyişib: xalça müasir incəsənət nümunəsi kimi on minlərlə dollara başa gəlir.
27 və 28 iyunda Londonda Phillips hərrac evinin bu mövsümdə son ticarəti keçirildi. Onlar 45 milyon funtdan da çox yığdılar. Toyo İto və Rafael Moneo kimi arxitektorların işləri də diqqət çəkmişdir. Gündəlik ticarətdə , ARTinD və Phillips-in birgə layihəsi üçün ilk dəfə arxitektorlar tərəfindən hazırlanmış unikal ipək xalçalar göstərilib.
Dahi rəssamların və arxitektorların xalçaları tez-tez müasir incəsənət sərgilərində və yarmarkalarda görünməyə başlayıb.
Yapon arxitektoru Toyo İtonun işi 40 000 funta satılıb,ispan arxitektoru Rafael Moneonun işi isə 37 500 funta.
Dizayn hərracında və ya Design Miami yarmarkalarında satılan xalçalar heç kimi təəccübləndirmir: onların dizayn predmetləri arasında satılması təmamilə məntiqidir. Bütün bu xalçalar tanınmış kolleksionerlərin əlindədir və yəqin ki, onlar bu xalçaları özlərində incəsənət nümunəsi kimi asıb saxlayacaqlar. Bəs bu xalçaların dizayn predmeti yoxsa incəsənət nümunəsi kimi yer alması evimizdə harada yerləşməsindən asılıdırmı? Yəni o, divarda da yerdə də ola bilər. Bəs bu xalçalar divarda olsalar avtomatik olaraq incəsənət nümunəsinə çevriləcəklərmi?
Phillips-in müasir incəsənət hərraclarındakı satışlardan görünür ki, xalçalar hələ ki incəsənət nümunəsi statusundadırlar.