Əsas səhifə Xəbərlər Xarici xəbərlər “Tray.io” startapı 50 mln. dollar cəlb edib

“Tray.io” startapı 50 mln. dollar cəlb edib

67
Paylaş

İş proseslərinin avtomatlaşdırılması xidməti “Tray.io” C raundunda Meritech Capital vençur şirkətinin başçılıq etdiyi səhmdarlar qrupundan 50 mln. dollar cəlb edib. TechCrunch-ın sözlərinə görə startapın dəyərləndirilməsi 600 mln. dolları keçib. Onların məlumatına görə, şirkət ümumilikdə təxminən 110 mln. dollar yığıb.

Qeyd edək ki, “Tray.io” istifadıçilərə proqramlaşdırmadan tətbiqlər inteqrasiya etməyə imkan verir. Xidmətə abunəlik haqqı aylıq 595 dollardır.