3D-printerdə otellərin surətini çıxaran Habitas startapı biznesin qlobal inkişafına 20 mln. dollar cəlb edib. Səhmdarlardan biri “Uber”in keçmiş CEO-su və qurucusu Travis Kalanik olub.
Travisdən başqa Habitas-a Tim Steiner, Moris Salem, Shervin Pishevar, Mike Novogratz, Jonathan Teo, Ocado onlayn-supermarketlərinin baş direktoru və Tinder-in həmtəsisçisi, həmçinin hindli milyarder Di Tuxariya da yatırım ediblər. Onların payları açıqlanmır.
Aldığı vəsaitləri startap Asiya, Afrika və Yaxın Şərqdəki bazarlarda inkişafa sərf etmk fikrindədir. 2020-ci ildə Habitas Namibiyada, Səudiyyə Ərəbistanında və Butanda otellər açmağı planlaşdırır, sonra isə ildə 10-12 otel açmağı düşünür. Startap səhmdarların yatırımını iki ildən sonra geri qaytara biləcəyinə inanır. Habitas-ın Meksikanın Tulum şəhərində açdığı ilk otel artıq fəaliyyətdədir.
Habitas-ın inşaat texnologiyası belədir: zavodda tam blok-otaqlar ayrıca çap olunur. Sonra onlar tikinti yerinə daşınır və konstruktor modelinə əsasən yığılıb təmir olunurlar. Startap ayda 100 blok-otaq istehsal edə bilir. Bir otel orta hesabla 6-9 aya tikilir.
Habitas-ın qurucuları öz otellərinin konsepsiyasını “hostellə beşulduzlu otel arasında orta bir tikili” kimi dəyərləndirirlər. Belə gözlənilir ki, onların müştəriləri əsasən partilər üçün otaqlar tutan gənclər olacaqlar. Surəti çıxarılmış oteldəbir gecə adambaşına 200-400 dollar olacaq.