“Uber”in keçmiş baş direktoru və həmtəsisçisi Travi Kalanick 31 dekabrda şirkətin direktorlar şurası postunu tərk edəcək. Bu barədə “Uber”dən bildiriblər.
Qeyd edək ki, Travis Kalanick 2017-ci ildə şirkətin baş direktoru vəzifəsindən getmişdi. Bu ilin noyabr ayının əvvəlindən isə şirkətdəki payının 90%-ndən çoxunu satmağa başlayan Travis artıq digər layihələrlə məşğul olmağı düşünür.
“Business İnsider” məlumat verir ki, Kalanick-in 5,8 mln. səhmi qalıb.
Hal-hazırda Travis-in layihələri arasında “CloudKitchens” startapı var.