Transmilli şirkətlər Londonu Amsterdama dəyişir

Date:

Paylaş:

Yaponiyanın texnologiya nəhəngi “Sony” korporasiyası Böyük Britaniyanın paytaxtı Londonda yerləşən və Avropa ölkələri üçün regional mərkəz sayılan ofisini bağlayır.

“Bizplus.az” türk mətbuatına istinadən xəbər verir ki, bundan sonra ofis Niderlandın paytaxtı Amsterdamda fəaliyyət göstərəcək.

Bununla belə, bu dəyişiklik “Sony”nin İngiltərə bazarındakı əməliyyatlarına təsir etməyəcək. Ofisin köçürülməsi Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən (“Brexit”) sonra yarana biləcək çətinliklərlə izah olunur.

“Sony” “Brexit”lə əlaqədar Londonu Amsterdama dəyişən ilk transmilli şirkət deyil. Bundan əvvəl Yaponiyanın məişət texnikası və elektrik malları istehsalçısı “Panasonic” şirkəti də oxşar addım atıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...