Əsas səhifə Biznes sahələri Kriptovalyuta Trampın keçmiş müşaviri Mərkəzi banklara rəqib kriptovalyuta yaradır

Trampın keçmiş müşaviri Mərkəzi banklara rəqib kriptovalyuta yaradır

83
Paylaş

Fortune xəbər verir ki, ABŞ prezidenti Donald Trampın sağ əli, amerikan iqtisadçı Steven Moore mərkəzi banklarla rəqabət üçün steyblkoin buraxır. Qeyd edək ki, Steven Moore həm də ABŞ-ın Mərkəzi Bankına rəhbərliyə keçmiş namizəddir.

Frax steyblkoini Moore-un tərəfdaşları olan  Everipedia-nın  həmtəsisçisi və Reyqan administarsiyanın keçmiş müşaviri ilə buraxılacaq.

Frax kriptovalyutası yaxın aylarda  artıq mövcud olan blokçeynlərdə steyblkoin kimi təqdim olunacaq. Hal-hazırda layihənin daxili səhmdarları yoxdur.

Frax-ın kursu ABŞ dollarına uyğun olacaq, amma onun yaradıcıları tam kağız pul təminatından yayarlanmaq fikrində deyillər. Bunun əvəzində onlar çəxsi ehtiyat modelindən istifadə etmək niyyətindədirlər: xüsusi alqoritmlər aktivlərin bölünməsinə və kursun stabilliyinin qorunub saxlanması üçün faizlər yığımına cavabdehlik edəcək. Təşkilatçıların qeyd edirlər ki,bütün kredit əməliyyatları blokçeyndə qeydə alınacaq və bu da mərkəzi banklara ehtiyacı aradan qaldırır.

Moore bildirib ki, mərkəzi banklar tezliklə Frax kimi özəl valyutalar tərəfindən rəqabətə məruz qalacaqlar.