ABŞ prezidenti Donald Trampın 2005-ci ildə xeyriyyə aksiyalarından birində çəkdiyi rəsm satılıb. Aksiya uşaqlar arasında təhsil səviyyəsinin artırılmasına həsr olunmuşdu. Xeyriyyə aksiyasına qatılanlar arasında senator Con Makkeyn və aktrisa Şarliz Teron da vardı.
Bizplus.az Milli.Az-a istinadən bildirir ki, rəsmi “Nate D. Sanders Auctions” hərracında 29184 dollara alıblar.
Nyu-Yorkun siluetinin əks olunduğu rəsmin alıcısının adı açıqlanmır.