Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Tramp on il ərzində bir milyarddan çox pul itirib

Tramp on il ərzində bir milyarddan çox pul itirib

141
Paylaş

“Vedomosti” qəzetinin The New York Times-a istinadən yazdığı məlumata görə, yaxın keçmişin iş adamı, hazırki dövrdə isə ABŞ-ın prezidenti olan Donald Tramp 1985-1995-ci illər ərzində 1,17 milyard dollar itirib.

Jurnalistlər Trampın bir müddət əvvəl dərc edilən veri sənədlərinə ələ keçiriblər və orada bu zərərləri ona daşınmaz əmlakın, kazinonun və otellərin gətirdiyi bildirilib. The New York Times ona diqqət yetirib ki, seçki kompaniyası zamanı Tramp hər şeyə özü nail olan bir iş adamı kimi çıxış edib. Bundan başqa o, özünü dəfələrlə biznes-təlimçi kimi adlandırıb – “Tramp: Ticarət sənəti” kitabını dərc edib.

Prezidentin vəkili qəzetin əldə etdiyi məlumatların yalan, vergi deklarasiyaslarının isə dəqiq olmadığını bildirib. Reuters-in yazdığına görə, Tramp hələ seçki kompaniyası zamanı vergi deklarasiyalarının yayımlanmasından imtina edib. Demokrat-konqressmenlərin müraciətinə baxmayaraq, Ağ Ev hələ də onları gizli saxlamaqda davam edir.