Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Tramp itirdiyi oxuculara görə “Twitter” in rəhbərliyinə şikayət etdi

Tramp itirdiyi oxuculara görə “Twitter” in rəhbərliyinə şikayət etdi

179
Paylaş

ABŞ prezidenti Donald Tramp, “Twitter” in icraçı direktor Jack Dorsey ilə görüşündə sosial şəbəkədə itirdiyi oxucuların necə “yoxa çıxmasına” dair çoxlu suallar verib. Bu haqda mənbələrə istinadən Reuters agentliyi xəbər verir.

Qeyd edək ki, bu görüşdən öncə prezident öz səhifəsində şəbəkəni respublikaçılar partiyasına qarşı ayrı seçkilik etməsində günahlandırmışdır. Buna baxmayaraq, Tramp bu görüşü konstruktiv adlandıraraq, dialoqun davam edəcəyinə ümid etdiyini ifadə edib.

Agentliyin verdiyi məlumata görə, Tramp öz “Twitter” səhifəsində itirdiyi oxuculara görə çox pis olmuşdur. Xüsusilə, Amerika prezidentinin narazılığına səbəb olan hadisələrdən biri də 2018-ci ilin iyul ayında 204 min oxuyucunun silinməsi idi. Xatırladaq ki, qeyd edilmiş dövrdə sosial şəbəkə kütləvi şəkildə şübhəli hesabların bağlanmasını həyata keçirib.