Əsas səhifə Biznes Tozsoran istehsal edən şirkət elektromobil istehsalına yatırım edəcək

Tozsoran istehsal edən şirkət elektromobil istehsalına yatırım edəcək

738
Paylaş

Böyük Britaniyanın tozsoran və digər məişət elektronikası istehsal edən “Dyson” şirkəti 2020-ci ilə qədər elektromobil buraxmaq niyyətindədir.

Lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bunu şirkətin qurucusu Ceyms Deyson bildirib. Şirkət elektromobil layihəsinə 1 milyon funt-sterlinq (1,34 milyon avro) yatırmaq fikrindədir. C. Deyson deyib ki, onların layihəsi digər istehsalçıların layihələrindən radikal şəkildə fərqlənəcək: “Digərlərinə bənzəyən məhsul hazırlamağın mənası yoxdur. Bizim elektromobilimiz idman və ya büdcə avtomobili olmayacaq”.

C. Deyson ümid etdiyini bildirib ki, bir neçə il ərzində elektromobillər şirkətin mövcud məhsullarını ikinci plana ataraq əsas gəlir mənbəyinə çevriləcək.

Qeyd edək ki, hazırda elektromobil istehsalı ilə əsasən iri şirkətlər – “Tesla”, “Volkswagen AG”, “Daimler AG”, “Toyota Motor” məşğul olur. Onlar əsasən öz modellərində ion-litium batareyalarından istifadə edir. “Dyson” isə öz elektromobillərində kiçik ölçülü, daha güclü, tez dolan batareyalardan istifadə edəcək. Hələlik yalnız “Toyota” bu cür batareyalar üzərində işləyir.