Toyota şirkəti yeni miniveni təqdim edib. Majesty adına sahib olmuş miniven, Hiace modelinin zəngin təchizata və bahalı materiallar ilə tərtib edilmiş salona malik olan dəbdəbəli versiyasıdır.
Toyota model xəttində yeni miniven adi Hiace və premium səviyyəli Alphard miniveləri arasında qərarlaşacaqdır. Bununla belə, Majesty modeli Alphard modelindən bir metr uzundur. Toyota Hiace modelinin lyuks versiyasını xrom radiator barmaqlığı, başqa bamperlər və işıqdiodlarından hazırlanmış optikası sayəsində tanımaq olar.
Toyota Majesty modelinin standart təchizatına doqquz təhlükəsizlik yastığı, avtomatik havalandırma sistemi, kruiz-kontrol, elektrik ötürməsi, stəkanaltıları və ayaqaltı dəstəyi olan yüksək rahatlıqlı kreslo cütlüyü daxildir Yeni minivenin salon tərtibatında dəri, ağac və xovlu döşəmə örtüyündən istifadə edilir.
Minivenin 10 sərnişin tutmasına baxmayaraq, uzaq səyahətlərdə yalnız üç cərgədən istifadə etmək məqsədəuyğundur – dördüncü cərgənin oturacaqları skamya şəklində açılır və rahatlığı ilə seçilmirlər.
Konstruktiv olaraq Majesty adi Hice modelindən yaylı arxa asqısı ilə seçilir. Miniven 163 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,3-litrlik turbodizel və 6-pilləli avtomatik qutu ilə hərəkətə gəlir. Ötrümə – arxayadır.
Hələklik, miniven yalnız Tailandda satılır. Sonradan onun digər bazarlarda da təklif ediləcəyi söylənilir.