Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” və “Suzuki” şirkətləri səhmlərin çarpaz şəkildə alınması yolu ilə ittifaq yaratmaq niyyətində olduqlarını bəyan ediblər.
Uzunmüddətli tərəfdaşlıq barədə razılıq əldə edən şirkətlər yeni sahələrdə, o cümlədən pilotsuz avtomobil istehsalı sahəsində əməkdaşlıq edəcəklər.
Bu planın təsdiqi barədə qərar avqustun 28-də hər iki şirkətin direktorlar şuralarının ayrı-ayrılıqda keçirilən iclaslarında qəbul edilib.
Bildirilir ki, “Toyota” şirkəti “Suzuki”nin təqribən 900 milyon dollar dəyərində olan səhmlərinin 5 faizini alacaq. “Suzuki” şirkəti isə qarşı tərəfin 450 milyon dəyərində səhmlərini əldə edəcək.