Yaponiyanın nəhəng avtomobil istehsalçısı Toyota, elektriklə işləyən maşın istehsalçısı Tesla ilə əməkdaşlığına son verdi, o partnyor şirkətin bütün səhmlərini satıb, bu haqdaReuters məlumat verir.
Yaponiya şirkəti sahib olduğu bütün Tesla səhmlərini satıb və daha elektrik nəqliyyat növlərinin inkişafı üçün birgə əməkdaşlığa zərurət görmür, belə ki şirkət artıq bu işlə müstəqil məşğul olmağı planlaşdırır.
Şirkətlər 2010-cu ildə əməkdaşlığa dair bəyanat vermişdi. O zaman Toyota və Tesla elektrik maşınlarının birgə istehsalını planlaşdırırdı və Toyota Teslanın səhmlərinin 3,15%-ni $40,5 dollardan almışdı
Agentlik bildirir ki, kompaniya Teslanın səhmlərinin bir qismini 2014-cü ildə, qalanlarını isə ötə ilin sonunda satıb.