Dünyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor, Çində olan bütün zavodları 16 Fevral tarixinə qədər bağlı saxlayacağını açıqlayıb. Toyota-nın Çində 12 avtomobil və avtomobil hissələri zavodu var.
“Bizplus.az” xəbər verir ki, Toyota ilk açıqlamasında Çindəki zavodların 9 Fevraladək bağlı qalacağını açıqlamışdı.
Qeyd edək ki, zavodlar koronavirus epidemiyasına görə bağlanıb.
Dünən, Fiat Chrysler, Çindən ehtiyat hissələri tədarükündə çətinliyin davam etməsi halında Avropadakı zavodlarını 2-4 həftə üçün bağlaya biləcəyini açıqlamışdı.
“Hyundai” da ehtiyat hissələri tədarükündə çətinliklərə görə Cənubi Koreyadakı istehsalını dayandırmışdı.