“Toshiba” çip istehsalı hissəsin satıb
“Marja” xəbər verir ki,”Toshiba” şirkəti ABŞ-ın “Bain Capital” və Cənubi Koreyanın “Hynix” şirkətlərinin yaratdığı konsorsiyumun 18 milyard dollar (2 trilyon yen) məbləğindəki təklifini rəhbərliyi qəbul edib.
Qlobal investisiya şirkəti olan “Bain Capital”da Yaponiya dövlətindən dəstək alan sərmayəçilər də təmsil olunur.
Konsorsiumda “Bain” və “Hynix”in payının 5.25 milyard dollar, “Apple”ın da 3 milyard dollar maliyyəsinin olduğu ifadə edilir.
“Toshiba” dünyanın ən böyük 2-ci NAND çipi istehsalçısı olaraq bilinir.
ZƏRƏR SƏBƏBİLƏ SATILDI
“Toshiba”nın çip hissəsini ABŞ-ın sabit disk istehsalçısı “Western Digital” da almaq istəyirdi, ancaq satışın Amerikalı “Western Digital”a reallaşması vəziyyətində “Toshiba anti-inhisar araşdırması ilə qarşılaşa bilərdi.
“Toshiba”, çip vahidinin satışından təmin edəcəyi gəlirlə, milyardlarla dollarlıq “Westinghouse” nüvə biznesində zərərini bağlamağa çalışacaq.