“Toshiba” ABŞ-dakı maye qaz biznesini satıb

Date:

Paylaş:

“Toshiba” şirkəti ABŞ-dakı maye qaz istehsalı müəssisələrini “Total”a satışını başa çatdırıb.

“Toshiba America LNG” törəmə şirkətini 15 milyon dollara satan Yaponiya şirkəti maye qaz bazarında qiymətlərin azalması ilə bağlı bu sahəyə sərmayə qoymağın sərfəli olmadığı qənaətinə gəlib.

Bu alqı-satqı nəticəsində “Toshiba”nın bu il 90 milyard yen (847 milyon dollar) zərərə uğrayacağı gözlənilir. Bu vəsaitin əsasən ABŞ bölməsi tərəfindən daha əvvəlki müqavilələri üzrə “Total”a ödəmələr olacağı bildirilir.

Qeyd edək ki, “Toshiba” ABŞ-dakı başqa bir törəmə şirkəti olan “Westinghouse Electric”ın 2017-ci ildəki iflası üzündən böhran vəziyyətindədir. İrimiqyaslı yenidənqurma keçirən şirkət Böyük Britaniyada nüvə elektrik stansiyaları sahəsinə aid törəmə şirkətini də satmağı, yaxın 5 il ərzində müxtəlif sahələrdə bütövlükdə 7 minədəkişçisini ixtisar etməyi nəzərdə tutur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...