Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Topaz Investment” “Nikoil Bank”dakı payını 96%-ə çatdırıb

“Topaz Investment” “Nikoil Bank”dakı payını 96%-ə çatdırıb

345
Paylaş

“Nikoil Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

FED.az xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 52 mln. manat və yaxud 17,6% artırılaraq 296 mln. manatdan 348 mln. manata çatdırılmasından sonra baş verib.

Kapital artımı üçün “Nikoil Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhmi Bankın əsas səhmdarı – “Topaz Investment” QSC əldə edib. Bununla da, şirkətin “Nikoyl Bank”dakı payı 94,92%-dən 95,68%-ə yüksəlib.

Əvəzində digər səhmdarların Bankdakı payı azalıb. Belə ki, Marina Kulişovanın payı 4,96%-dən 4,22%-ə, “İSR Holdinq” MMC-nin payı isə 0,12%-dən 0,1%-ə düşüb.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb.

“Nikoil Bank”ın səhmdarlarının pay bölgüsü
Səhmdarlar
Əvvəl
İndi
Məbləğ (mln. manatla)
Faiz nisbəti
Məbləğ (mln. manatla)
Faiz nisbəti
“Topaz Investment” QSC
280,958
94,92%
332,958
95,68%
Marina Kulişova
14,697
4,96%
14,697
4,22%
“İSR Holdinq” MMC
0,345
0,12%
0,345
0,10%
Cəmi
296,000
100,00%
348,000
100,00%