Bugün “Venture capital” necə işləməsi, investisya qoyuluşu zamanı nələrə fikir vermək lazımdır kimi suallara cavab verəcəm.
Hal-hazırda Azərbaycanda startaplar sahəsində müəyyən aktivlik var, kimlərsə akseletatorlara daxil olur, kimlərsə də investisya qoyuluşunu artırır. Bəzilərilə isə söhbət zamanı müəyyən səhvləri harada etdiklərini görürəm. Məhz, ona görə də “Venture” fondları və akselerator haqqında ətraflı danışmaq istəyirəm. Biz özümüz də akseleratordan keçmişik, Venture fonduna investisiya qaldırmışıq, bu barədə olan təcrübələrimi paylaşmaq istəyirəm. İlk növbədə Venture fondlarından pul qaldırmaq istəyirsizsə, birinci onların necə işlədiyini başa düşməlisiniz. Venture capital bir fonddur, hansı ki, özü də investisya qaldırır. Yəni onlar indivudal şəxslərə müraciət edirlər hansı ki, onların çoxlu pulu var və yaxud hansısa böyük koorperasiyalardan investisya qaldırlar. Bu da necə baş verir, misal üçün 5 və 10 illik 100 milyonluq bir fond yaradılır, müxtəlif insanlardan söz alınır, söz o mənada ki, mən səndən nə vaxt desəm mənə pul ver, sən mənə 10 milyona qədər pul verəcəksən, başqa birinə isə 5 milyona qədər. O pulu alıb öz bank hesabına qoymur. Beləliklə fond formalaşır. Tutaq ki, 100 milyonluq fonddur, bu fonda 10 il ərzində yatırmaq lazımdır və oradan gəlir əldə etmək lazımdır. Buna görə də necə sizə vc-lər lazımdır, sizdə vc-lərə lazımsız. Yəni onlar o pulu yatırıb, artırmaq üçün mümkün qədər o pulu sürətli şəkildə və doğru startaplara yatırmalıdırlar ki, 5-10 ildən sonra həmin pullar geri qayıtsın və investorlara ödəniş edə bilsinlər. Ona görə siz başa düşməlisiz ki, sizin startap həqiqətən dəyərli startapdısa və doğru vc ilə söhbət edirsizsə, burda qarşılıqlı maraq var. Ona görə dilənmək moduna keçmək lazım deyil. Yəni siz elə düşünməyin ki, siz pul axtarırsız, onlarda sizə pul verir, bu belə deyil, sizdə onlara pullarını artırmaq imkanı verirsiz. Mən özümdə başladığım ilk dövrlər də elə düşünürdüm ki, hə investisya qaldırsında dilənçilik kimidir, gedirsən deyirsən ki. Mənə pul verdə nolar, məm öz layihəmi edim. Amma o modda olanda heçnə alınmır. Əgər sən o moddasansa, sən öz layihənin nə qədər dəyərli olduğunu bilirsən və başa düşürsən ki, sən bunu müxtəlif vc-lərə təqdim eləsən onlardan biri mütləq sənə investisya qoyacaq. Buna arxayın olandan sonra sən özünü görüş və prezentasiyalarda çox özünəinamlı aparırsan və bu da hiss olunur. Fundraising qaydasına diqqət yetirək, qayda budur ki, bu b2b satışları kimidir, yəni siz qısa müddət ərzində bəlkə də 100 və yaxud 20 vc ilə danışmalısız ki, onlardan biri sizə pul versin. Bu o deməkdir ki, bir vc-yə və ya investora fokus olmaq olmaz. Hamıyla danışırsız və sonra onlardan gələn feedback hesabına başa düşürsüz ki, kimin pul vermək ehtimalı daha yüksəkdir, artıq bundan sonra ona fokuslanmaq olar. Vaxt sərfinə belə dəyməyən vc-lər haqqında məlumat verim, hansı ki, onlara zombie vc deyirlər. Azərbaycanda normal vc yoxdu.
Zombi vc o vc ki, pulu yoxdu layihələrə yatırmağa, lakin startaplarla maraqlanıb, onları rəhbərləri ilə görüşür. Sadəcə boş vaxt sərfi olacağı üçün onlara vaxt ayırmağa dəyməz. Onlar necə çalışır: “Startaplar haqqında məlumat toplayıb, öz investorlarına müraciət edirlər ki, mən də belə bir startap var, mənə pul ver, mən bunlara yatıracam. Söhbət odur ki, o pulu qaldırsa belə pul müqavilələri həll oluna qədər 6 ay vaxt keçəcək, bundan əlavə o sənə pul yatırmaq üçündə 5-6 ay vaxt istəyəcək, beləliklə 1 il vaxt itmiş olacaq və sənində 1 ilin yoxdur. Ona görə də o tip vc-lərə vaxt sərf etməyə dəyməz. Burda da, yəni MENA regionunda da sən demə xeyli belə vc varmış. 1-2-si ilə söhbətdən sonra anladım ki, burda da vəziyyət gül deyil. Bundan əlavə burada hətta qeyri-standart növ təşkilatlar var. Onlar gəlib sizə deyir ki, biz bəzi şeyx ailələrinə yaxınıq və onlar üçün bir investisya şirkəti açmışıq, amma bizə pul verin ki, siz də bizə yaxın olasız. Sonra da biz əlaqələrimizdən istifadə edib, sizə inkişaf etdirəcik. Belə absurd modellər də var. Buna görə də bu cür şeylər görən kimi maksimum uzaqlaşmaq lazımdır. Hətta mən onlarla getdiyim görüşdə işin alınmayacağını bilirdim, sadəcə olaraq mənə onların işləmə üslubunu bilmək maraqlı idi. Lakin indi başa düşürəm ki, bunu əvvəlcədən bilirəmsə, ona vaxt sərf etmək mənasızdır.
Araşdırma edirsən, portforesinə baxırsan, elə ciddi startap yoxdursa, onun yanına heç getmə. Akseleratorla bağlı belə bir məqam var idi ki, əgər ideya mərhələsindəsizsə, heç bir seçiminiz yoxdursa və sizə pul lazımdırsa, akseleratorlara gedin. Biznes qurmağa təcrübəniz yoxdursa, yenə də akseleratorlara gedin. Dünyadaki 1 milyon akseleratorın hamsını apply edin. Hansından keçsəz və şərtləri sizə uyğun olsa, ona da gedərsiz. Amma bir şeyi yadda saxlayın, akselerator bir dəfə olar, çünki akselerator sizdən daha çox hissə götürür, həmçinin də vaxtınızı alır. 1ay, 2 ay, 3 ay, 5 ay, bəlkə də dah çox.
Siz əgər yalnız pul arxasınca qaçaraq, qəbul olduğunuz akselerator hər birindən 20 000, 30 000 toplayacaqsızsa, nəticədə şirkətin və vaxtınızın böyük bir hissəsini itirmiş olursuz və biznes kənarda qalır. Ona görə də bu cür etmək olmaz, aldığınız 5- 10 manatdır, hər nədir əvvəlcə inkişaf göstərməlisiz. Bu inkişafdan sonra siz gedib, investora deyirsiz ki, mən akseleratora girmişdim, bu qədər fundraise etmişdim, bu-bu nəticələri gördüm indi isə mənə pul ver. Yəni bunu mərhələ- mərhələ etmək lazımdır. İşinizi-gücünüzü atıb, pul dalınca qaçsaz, biznes qalacaq kənarda. Məsələn biz “Buglance” belə edirik, biz pulu qaldırırıq bu bizə 3 ay bəs edir. 3 ay cırmaqlaşırıq bir nəticə göstəririk, gedirik yenə pul götürürük. Onu da qeyd edim ki, II səfər pul götürmək daha rahat olur, çünki bundan qabaq nəticə var. Biz belə “Survivor rejimi” ilə gedirik, bu da effektiv deyil. Yaxşı olardı ki, birdən-birə 500 min, 1 milyon alasan, qoyasan bank hesabına, sonra işinə fokus olasan, amma o həmişə elə rahat olmur. Düzü mən düşünürəm ki, “Buglance” bu mərhələdən sonra elə bir nəticələr həll edə biləcək. Çünki əlimizdə indi göstərməyə məhsul var, satış var, komanda güclüdür və s.