“Bizplus.az” bildirir ki,TIOBE Software şirkəti, 2018-ci ilin nəticələrinə görə Python proqramlaşdırma dilini “ilin dili” adlandırıb. Yayılmasına görə 3-cü yer almasına baxmayaraq, o, 3,62% qalxaraq məşhurluğu artırmışdır.
Qeyd edilir ki, Python proqramlaşdırma dilini universitetlərdə daha tez-tez tədris olunmağa başlayır, dil Sİ və statistika sahəsində də liderliyini saxlayır. Bundan əlavə, Python veb-proqramlaşdırma, elmi hesablaşmalarda və digər sahələrdə də geniş yayılmışdır. Bütün bunlar, ona “böyük üçlüyə” yaxınlaşmasına imkan yaradıb. Bu “üçlüyə” son 20 ildir ki C, C++ və Java tətbiqi proqramlar daxildir.
2017-ci ildə ilin tətbiqi proqramı kimi C proqramı seçilmişdi.