Tim Cook üçün iki dərs

Date:

Paylaş:

Apple şirkətinin baş dizayneri olan Jonathan Ive şirkətdən ayrıldığını açıqladı. Kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, onun gedişi uzun müddətdir planlaşdırılmışdır. Britaniya əsilli dizayner Mac, iPod və iPhone kimi məhsulların yaradılmasında aparıcı rol oynayıb. Tim Cook təcrübəli əməkdaşının yerinə yeni mütəxəssis götürmək məcburiyyətində olduğunu bildirib. Bu, o qədərdə asan iş deyil. Yeri gəlmişkən, sizcə rəhbərlər yaradıcı istedadları işə götürdükdə daha çox nələrə diqqət etməlidirlər? 

Bu suala cavab vermək üçün, Steve Jobs-un şirkətə rəhbərlik etdiyi dövrlərə qayıdaq. 

1997-ci ildə Jobs Apple şirkətinə geri döndü, həmin ərəfələrdə onun qarşısında duran əsas vəzifə şirkətin innovativ ruhunu bərpa etmək idi. O istəyirdi ki, şirkətin istehsal etdiyi məhsulların əsas yeniliyi onların dizaynında olsun. 90-cı illərdə Apple kompüter şirkəti olduğundan, Jobs təcrübəli kompüter dizaynerini axtarmağa başlamalı idi. 

Lakin Jobs fərqli yol seçdi. Şirkətdə işə başlamazdan əvvəl Jonathan Ive Londonda müstəqil dizayn məsləhətçisi kimi çalışıb. Onun Tangerine şirkəti ev əşyalarının dizaynı ilə məşğul olurdu (məsələn, Ideal Standard şirkətinin dizayn üzrə məsləhətçisi idi). Daha sonra, 1992-ci ildə gənc dizayner Apple şirkətinə işə düzəlir. Mütəxəssisin 1997-ci ilə qədər iştirak etdiyi layihələr çox da uğurlu olmamışdı. Buna görə, Steve Jobs-un onu baş dizayner vəzifəsinə qədər yüksəltməsi ağıla batan fikir deyildi. 

Və bu, düzgün qərar idi. Bu hekayədən hansı nəticəyə gələ bilərik? Novatoru seçdikdə keçmişə yox, gələcəyə baxın. 

1997-ci ilə qədər fərdi kompüterlər əsasən ofislərdə istifadə edilirdi. İnternetin meydana gəlməsi ilə yeni dövr başladı: kompüterlər evin ayrılmaz bir hissəsinə çevrildi. 

Əgər Jobs keçmişə baxsaydı, daha təcrübəli mütəxəssis axtarardı (bəlkə də, daha uğurlu). Belə bir seçim daha bir mükəmməl qutunun yaradılmasına gətirib çıxarardı. Jobs gələcəyə baxırdı: əgər kompüterlər ev maşınına çevrilsə, bu sahədən başı çıxan birini işə götürmək daha düzgün olar. 

Jonathan Ive-ın rəhbərliyi altında tərtib edilmiş ilk məhsul iMac G3 olmuşdur, hansıki dizayn sənayesi üçün yenilik idi: yarımşəffaf  rəngli kauçuk və yumurtavarı forma. Belə ki, insanlar kompüterləri ağ rəngli qutu kimi görməyə öyrəşiblər. 1990-cı illərin əvvəllərində bu tip materiallardan ev əşyalarının hazırlanmasında istifadə edilməyə başlayıb. 

Bütün bunlardan hansı nəticələrə gəlmək olar? İnnovativ dəyişilər üçün mütəxəssis axtarırsınızsa, nəzərə almalı olduğunu məqamlara aiddir: 

  1. Sonra nə olacaq və gələcək necə olacaq
  2. Bu gələcəkdə müvəffəqiyyətli olmaq üçün sizdən nə tələb olunur

Əgər bunları etməsəniz, doğru insan tapa bilməyəcəksiniz. 

Tim Cook bunları nəzərə aldı və yaxın bir zamanda o da öz seçimini edəcək. Bu seçimin doğru və ya yanlış olması isə zamanla bilinəcək. 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...