Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri TikTok’un sahibi yeni musiqi servisini istifadəyə verəcək

TikTok’un sahibi yeni musiqi servisini istifadəyə verəcək

125
Paylaş

 TikTok sosial şəbəkəsinin sahibi olan ByteDance şirkəti Spotify ilə Apple Music-ə rəqib olacaq musiqi servisinin hazırlanmasını planlaşdırır. bu barədə Bloomberg saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən şirkət öz musiqi servisini 2019-cu ilin payız fəslində istifadəyə verəcək. Musiqi servisi ödənişli digər servislərin o qədər də məşhur olmadıqları inkişafda olan ölkələrdə istifadəyə veriləcək.

    Məlumata əsasən musiqi servisinin tətbiqi Spotify ilə Apple Music-i tam kopyalamayacaq. ByteDance artıq iki böyük Hindistan səsyazma studiyasının hüquqlarını əldə edib. Söhbət, T-Series və Times Music səsyazma studiyalarından gedir. Techcrunch-ın məlumatına əsasən musiqi servisinin tətbiqi iki versiyaya sahib olacaq: Pullu və pulsuz.

    Pulsuz versiya bu ilin iyun ayının sonunda istifadəyə verilə bilər. Ən əsas bazar kimi ByteDance Hindistanı hədəfləyib. ByteDance 2012-ci ildə təsis edilib. 2018-ci ildə Bloomberg 78 milyard dollar bazar dəyərinə sahib bu startapı dünyanın ən bahalı özəl startapı adlandırmışdı. TikTok-dan əlavə olaraq şirkət həmçinin Toutiao adlı xəbər aqreqatoruna, Xigua Video adlı video servisə və s. digər servislərə sahibdir.