Çinin texnologiya şirkəti, “TikTok” sosial şəbəkəsinin sahibi olan “ByteDance” şirkəti Moskva şəhərində özünün nümayəndəliyini açıb.
RBK nəşri yazır ki, yeni nümayəndəlik Moskvanın mərkəzində, “Bolşaya Yakimanka” küçəsində, WeWork kovorkinqdə açılıb.
Nəşrin müxbiri “Instagram” platformasında “TikTok”un nümayəndəliyinin fotolarını aşkar edib, fotoları isə WeWork-də işləyənlərdən biri çəkib.
Həmçinin qeyd edilib ki, iş elanları saytı “HeadHunter”də “ByteDance”in Moskva üzrə işçi axtardığı məlum olub, amma vakansiyada əlaqə məlumatları göstərilməyib.
Xatırlatmaq yerinə düşər ki, “TikTok” rəhbərliyinin Rusiyada ofisinin açılması hələ iyulda, “Roskomnadzor” rəsmiləri ilə görüşdən sonra məlum olmuşdu.
RBK nəşrinə hüquqşünaslar deyib ki, “TikTok”un bu ölkədə nümayəndəliyinin açılması bazarı saxlamağa və maliyyə axınını təmin etməyə imkan verəcək.