TikTok Yükləmisən?

Date:

Paylaş:

“TikTok”  deyəndə ilk ağlıma Ke$ha gələrdi və ya Madonanın “4 minutes” mahnısı. İndi isə əylənə biləcəyim bir platforma.

Haqqında ölkəmizdə elə də danışılmır, paylaşımlar edilmir. Bu tətbiqdən xəbəri olan orta nəsil isə (xüsusilə 90-lar) lağ edir, ciddi bir platforma olaraq görmür 🙂 Əslində bu çox normaldır.

“TikTok” fenomenləri ilə görüş adlı bir tədbir də  görmüşdüm.  Bir çox tanıdıqlarım “qəhrəmanları”ələ salırdılar. Həmin günlərdə isə “New York Times” platforma barədə “How TikTok is Rewriting the World” adlı məqalə paylaşmışdı.

Bildiyiniz kimi bütün sosial media platformalarının 2 vacib hədəfi olur:

  1. Aylıq aktiv istifadəçi sayı
  2. Platformada istifadəçinin keçirdiyi müddət

Bir də bu ikisinin altında qalan daha vacib bir nüans vardır, o da ki, platformada olan yeniyetmələrin (Gen Z) sayını artırmaqdır. Başqa sözlə Z nəsli dediyimiz yaşı 24-dən aşağı olan kütlə.

Bu kütləyə düşən faiz nə qədər çox olarsa, həmin platforma daha uzunömürlü olacaqdır.

“TikTok” isə tamamilə bu kütləyə xitab edən platformadır.

Nümunə kimi deyim, “Facebook”da 2018-ci ildə yaşlı nəsil 5 faiz artmağına baxmayaraq, yeniyetmə istifadəçilərin sayında azalma yaşamışdır.

“TikTok” 2016-cı ildə Çin şirkəti olan “Bytedance” tərəfindən yaradılmışdı.  Özü də ilk adı “Musical.ly” olmuşdur.  Nə oldusa, adı dəyişiləndən sonra baş verdi . Çinlilər isə özləri buna Douyin deyir.

Ümumi istifadəçi sayı 500 milyondan çoxdur.  Sadəcə Çində 300 milyon aylıq, 150 milyon isə günlük aktiv istifadəçi vardır. Ortalama bir istifadəçi 46 dəqiqəsini  “TikTok”da keçirir.

“TikTok”un populyar olma səbəbi nədir? Təbii ki, sadəcə əyləncə fokuslu platforma olmasıdır.  Facebook, Twitter, Instagram, Youtube və digərləri – hər birinin xəmrində az da olsa əyləncə vardır. Amma “TikTok” özü əyləncədir. Orda heç kəs dərdini bölüşmür  və ya şəklini paylaşmır. Sadəcə müsiqi və parodiya.

Bununla bağlı bir paylaşım etmişdim.

TikTok =  Dubsmash + Vine

Bu iki platformanı istifadə edən nəyi nəzərdə tutduğumu anladı yəqin ki. “TikTok”un interfeysi olduqca əlverişlidir. Çox rahatdır. Video müddəti isə Vine kimi 7 saniyə deyil.

Kontentlər iki bölmədə qarşına çıxa bilir (“Following” və “For you”). Nəticədə bir neçə müntəzəm paylaşım etdikdən sonra sizin izlənmə sayınız minlərlə olur.

Platforma 2018-in dekabr ayında 75 milyon yeni izləyici qazandı, 2017-in dekabr ayında isə bu 20 milyon idi.  275% artımdan bəhs edirik burda. Necə deyərlər: “It’s time to pay attention to TikTok”.

Hə, bu arada hələ ki, məhsulu və ya xidməti reklam etmək mümkün deyil. Amma “TikTok” artıq reklam modellərini test etməyə başlayıb. İlkin olaraq reklam imkanları ABŞ və Birləşmiş Krallıqda açıq olacaq.

Ümumiyyətlə yazını yazmaq fikrim “TikTok”un Türkiyə ofisinin “LinkedIn”də marketinq direktoru axtardığı elanı oxuduğum zaman yarandı.

Türkiyədə ofisi varsa, deməli istifadəçi sayının çox olduğu ölkələrdən biri Türkiyədir.

Ümumiyyətlə gəlin tətbiqin 2018-ci ildə hansı ölkələr tərəfindən yüklənildiyinə baxaq.

52599405_1209963535820144_1330578291320422400_n

 

Reklam olmasa da “TikTok”dan qazananlar var.

Dj Kantik 2018-ci ildə “TikTok” videolarından 168 min dollar qazandı. Platformada yaradılan kontentlərdə musiqləri istifadə olunan DJ Kantik, xüsusilə  “iTunes” və “Shazam” yönləndirmələri ilə ciddi qazanc əldə edib. Vüqar Səda gərək “iTunes” hesabı barədə düşünsün.

Son bir statistikaya baxaq.

AWESOME FFM THREESOME

“TikTok” 2018-ci ildə ən çox yüklənən 4-cu tətbiq (qeyri-oyun tətbiqləri arasında) olaraq qeydiyyata düşdü.

Bəs siz nə düşünürsünüz, “TikTok”un gələcəyi varmı, “TikTok”u yükləməyə dəyərmi?

Müşfiq Şirəliyev

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...