Reuters, şirkətin xəbərinə istinadən yazır ki, Çinin TikTok videoxidmətinə Hindistanda qadağa qoyulması onun təchizatçısı “Beijing Bytedance Technology Co.”- ya gündəlik 500 dollar ziyan vuracaq və 250-dən çox iş yerini riskə atacaq.
Hindistanın hökumət dairələrinin “Google” və “Apple”-ı TikTok-u silməyə məcbur etməsindən sonra Çinin təchizatçı şirkəti Beijing Bytedance gündəlik 500 min dollarlıq ciddi ziyana salıb. Qadağa şirkətin Hindistanda inkişaf planlarını məhv edib və 2019-cu ilin avqustuna planlaşdırılan İPO-nu sual altinda qoyub.
Şənbə günü, 30 mart, Beijing Bytedance, Hindistanın Ali Məhkəmsinə qadağanın ləğv olunması xahişi ilə müraciət edib.
3 aprel 2019-cu ildə Tamilnad ştatının məhkəməsi federal hökumətləri, tətbiqi proqramı qadağan etməyə çağırıb və onun pedofiliya və pornoqrafiyanı təbliğ etməsi barədə qərar verib. Hökumət dairələri “Google” və “Apple”-ın yerli ofislərinə tətbiq proqramları mağazasından TikTok-u silmələri tələbi ilə məktub göndərib.
“Sensor Tower” analitik şirkətinin məlumatlarına əsasən TikTok-un Hindistan istifadəçilərinin sayı 300 milyon, dünya üzrə isə 1 milyarddan çoxdur.