TikTok mobil tətbiqinin sahibi, Çinin ByteDance şirkəti aktiv şəkildə yeni gəlir mənbələri axtarışındadır. Şirkət maliyyə xidmətləri təqdim etməyə başlayıb, oyun proqramları hazırlayır və musiqili tətbiqi sınaqdan keçirir. Artıq düyanın ən bahalı startapı olmuş şirkət yeni, hətta artıq texnologiya nəhənglərinin liderlik etdikləri bazarlara çıxır.
ByteDance-ın yeni layihələri:
Ötən il ByteDance, oyunlar hazırlayan iki şirkət alıb. İlk Music Ball oyununu buraxıb. O, Douyin (TikTok-un çin versiyası) tətbiqindədir.
ByteDance oyun proqramlaşdırması, həmçinin “Oasis” şifrəli layihələri üçün yüzlərlə əməkdaş işə alıb. Bu il şirkət oyunların hazırlanmasını ayrıca biznes-bölməyə həvalə edib.
Oktyabrda ByteDance Manfen fintex-tətbiqini istifadəyə verib. O, istifadəçilərə 28 000 dollara qədər kredit götürmək imkanı yaradır.
Şirkət inkişaf edən bazarlarda Resso musiqili tətbiqini sınaqdan keçirir
Lark tətbiqini buraxıb. O, çat, təqvim, konferensiyaların təşkili və sənədlərin doldurulması kimi fuksiyaları özündə birləşdirir. WSJ, Lark tətbiqini Google Docs-la əlaqəli Slack messenceri kimi hesab edir. O, əsasən Sinqapur və Yaponiyada əlçatandır.
ByteDance ekosistemi
2018-ci ildə şirkət 7,4 mlrd. dollar-dan az qazanmayıb. Bu gəlir əsas olaarq çinli reklamçılarla birgə fəaliyyətdən gəlib. Keçən il isə şirkətin gəliri minimum 11,5 mlrd. dollara qədər artıb. Amma ByteDance-ın hələ ki, stabil gəliri yoxdur, çünki, şirkətin xidmətlərinin istifadəçilərini çoxu, əsas da TikTok istifadəçiləri yeniyetmələridir və onların pul xərcləmək imkanları məhduddur.
Analitiklər qeyd edirlər ki, şirkətin yeni layihələri istifadəçiləri platformada saxlamağa və müxtəlif məhsullar ərsəyə gətirməyə imkan verəcək. Bundan başqa, istifadəçi məlumatları toplamasına da şərait yaradacaq. Bu, öz növbəsində reklam satışından gələn gəlirlərin artmasına təkan verməlidir. “Yeni layihələr az risk tələb edən və ancaq bir məhsuldan asılı olmayan ekosistem yaradacaqlar” – Çində işləyən texnoloji məsləhətçi Metyu Brennan bildirib.
Perspektivlər
Analitiklər qeyd edirlər ki, bəzi trendlər ByteDance-ı rəğbətlə qarşılayırlar. Şirkətin tətbiqlərindən dünyada gündəlik artıq 700 milyon adam istifadə edir. Bu qədər istifadəçi bazasına yeni məhsullar təklif etmək olar, WSJ vurğulayır. Qəzet qeyd edir ki, Çində Tencent də belə strategiyaya qoşulub. O, WeChat tətbiqi vasitəsilə çoxlu xidmətlər təqdim edir. Söhbət həm də əsasən, mobil oyunlardan və maliyyə texnologiyalarından gedir.
ABŞ-da TikTok üçün perspektivli istiqamət abunə sistemi üzrə işləyən striminq xidməti ola bilər.
Risklər
ByteDance-ın irəli gedə biləcəyinə zəmanət yoxdur. Şirkətin bir çox layihələri artıq “ağırçəkili” şirkətlərin liderlik etdikləri sahələri əhatə edir. Onların içərisində özünün WeChat Pay ödəmə tətbiqi ilə Tencent şirkəti, Alipay ödəniş xidməti ilə Ant Financial Services Group və Spotify musiqi tətbiqi də var. ByteDance bir dəfə artıq Tencent-ə rəqabətdə uduzub – o, Çində WeChat-a alternatv ola biləcək Duoshan videomessencerini yaradıb. Amma layihə buraxılışdan dərhal sonra iflasa uğrayıb.
ByteDance ABŞ-da siyasi risklərlə də üz-üzə qalıb. Amerikan tənzimləyiciləri TikTok-un ölkənin Çin hökuməti ilə əlaqələrə görə milli təhlüksizliyi baxımından mümkün təhlükə yaradıb-yaratmamasını araşdırırlar. ByteDance artıq qeyd edib ki, Pekin şirkətdən senzura (qadağa) tələb etmir. Amma bəzi reklamçılar şirkətin tətbiqləri ilə əməkdaşlığa ehtiyatla pul xərcləyirlər.