Çinin ByteDance şirkəti 2020-ci ilin martında korporativ müştərilər üçün bulud xidmətini təqdim edəcək. Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir. Şirkət nümayəndəsi rəy bildirməkdən imtina edib.
2019-cu ilin aprelində şirkət Lark ( Çində – Feishu) xidmətini – onlayn iş üçün tətbiqi təqdim edib. Bloomberg bildirir ki, o özündə Slack, Dropbox, Google Docs və Skype-ın elementlərini birləşdirir. İndi isə ByteDance tətbiqi bulud xidməti əsasında yeniləyir. O Google G Suite tətbiqinin oxşarıdır. Xidmətin sınağı Çində həyata keçiriləcək.