Əsas səhifə Xəbərlər Xarici xəbərlər “TikTok” sahibi “Maşa və Ayı” cizgi filminin nümayişinə hüquq əldə edib

“TikTok” sahibi “Maşa və Ayı” cizgi filminin nümayişinə hüquq əldə edib

168
Paylaş

Çinin ByteDance şirkəti  Rusiyanın “Maşa və Ayı” cizgi filminə huquqları alıb. Hər iki tərəf bunula bağlı xəbər veriblər, məbləği isə açıqlamayıblar.

Cizgi filmi Xigua Video platformasında yayımlanacaq, premyerası 2020-ci ilin 25 yanvarına nəzərdə tutulub. İlk iki fəsli və “Maşanın nağılları” bölümü Çində Yeni ildə göstəriləck, üçüncü fəsli isə Xigua 2022-ci ildə təqdim edəcək. Gələcəkdə “Maşa və Ayı” digər ByteDance platformalarında da olacaq.

Qeyd edək ki, Rusiyanın “Animakkord” studiyasının məhsulu olan “Maşa və Ayı” cizgi filmi ilk dəfədir ki, Çin bazarına çıxır.