Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Tikinti şirkətinin səhmdarları toplantı keçirəcəklər

Tikinti şirkətinin səhmdarları toplantı keçirəcəklər

39
Paylaş

“Sosialtikinti” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Toplantı 25 mart 2020-ci, saat 10.30-da baş tutacaq.

Bizplus.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə bir sıra məsələlərin həlli daxil edilib. Onların arasında  2019-cu ilin maliyyə balansının təsdiq olunması, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, müşahidə şurasının, icra orqanının və maliyyə-təftiş müfəttişinin seçilməsi və cari məsələlər də vardır.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətə müraciət edə bilərlər.

Əlaqə telefonu- 012-456-45-87.

Ünvan- Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi 66.