Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Tikinti şirkəti 7 min manat məbləğində cərimələnib

Tikinti şirkəti 7 min manat məbləğində cərimələnib

25

“Rifah Plaza” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə 7 min manat cərimə edilib.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli qərarından “Rifah Plaza” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya əvvəlki qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, “Rifah Plaza” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here