Əsas səhifə Xəbərlər Digər xəbərlər “Tiffany” markasının sahibi dünyanın ən zənginlərindən biri oldu

“Tiffany” markasının sahibi dünyanın ən zənginlərindən biri oldu

94
Paylaş

Avropanın ən zəngin biznesmenlərindən olan Fransız Bernard Arnauld, zərgərlik brendi olan ”Tiffany” markasını satın alaraq dünyanın ən varlı insanları siyahısında yüksəlib.

Bizplus.az xəbər verir ki, Moda markaları Cristian Dior, Louis Vuitton, Fendi və Celine, Givenchy və Guerlain ətirləri, Buvlgari, Hublot və Tag hauger zinət və saat markaları ilə Dom Perignon şampan markası kimi 75 fərqli lüks markanı özündə birləşdirən LVHM şirkətinin sahibi Bernard Arnault dünyanın ən varlı 3-cü iş adamıdır.

Belə ki, “Forbes” jurnalının ən varlıları siyahısında Bil Qeytsə  yaxınlaşan Arnaultun 106,8 milyard dollar sərvəti var.

Qeyd edək ki, 110,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin biznesmeni Ceff Bezosdur.