Xidmətdən istifadə etmək üçün ilk növbədə proqramı yükləmək, ən yaxın nöqtəni tapmaq, paltarları şkafa qoymaq və smartfona bildiriş gəldiyi zaman oradan çıxarmaq lazımdır.
P&G şirkətinə məxsus olan Tide brendi, 2020-ci ilə qədər ABŞ ərazisində 2000 lokasiyada Tide Cleaners camaşırxana şəbəkəsinin işə salınması haqda açıqlama verib. Hal-hazırda, xidmət Çikaqo, Vaşinqton, Neşvill, Dallas, Filadelfiya və Denever şəhərlərində əlçatandır.
Şirkət amerikanları camaşırxana axtarışı kimi problemdən qurtaracağını vəd edir. Belə ki, ölkə ərazisində onlar bir-birindən olduqca uzaqda yerləşirlər. Bu isə vaxt itkisinə səbəb olur.
Xidmətin qiyməti geyimin növündən və şəhərdən asılı olaraq dəyişir. Məsələn, Çikaqoda futbolkanın yuyulması xidmətinin qiyməti 2,24 dollardır, paltonun isə 20,21 dollardır.
Universitetlərin kampuslarında yaşayan tələbələr üçün şirkət paltarları xüsusi furqonlara verməyi təklif edir.
Eyni zamanda, Tide, amerikanlara Tide Cleaners franşizini almağı və şəxsi ticarət nöqtəsinin açmasını təklif edir.