Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Ticarətdə Sadələşdirilmiş vergi ləğv olunmayıb – ekspert rəyi

Ticarətdə Sadələşdirilmiş vergi ləğv olunmayıb – ekspert rəyi

forexi öyrənmək

Son günlərin ən müzakirə olunan mövzularından biridə Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlıdır. Məlum olduğu kimi, məcəllədə köklü dəyişikliklər nəzərdə tutulmuşdur və buda oxucularda çox saylı suallar yaradır.

Bu sualları cavablandırmaq üçün Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyevə müraciət etmişik.

– Rəşad müəllim, bəzi mətbuat orqanlarında gedən məlumatlarda yazılır ki, yeni dəyişikliklərə əsasən ticarət sektorunda sadələşdirilmiş vergi ləğv olunur. Bu doğrudurmu?

– Tam olaraq yox. Yeni dəyişikliklər pərakəndə ticarət ilə topdansatış ticarət fəaliyyəti arasında bir qədər fərqli vergiqoyma prinsiplərini nəzərdə tutur.  Yeni dəyişikliklərə əsasən topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər bundan sonra sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər. Ancaq bu o demək deyilki, onlar hamısı ƏDV ödəyicisi olacaqlar. Dövrüyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan topdansatış ticarət subyektləri ƏDV ödəyicisi olmayacaqlar. Bu halda hüquq şəxslər mənfəət vergisi, sahibkar fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar. İstənilən halda hər ikisində vergi dərəcəsi 20% təşkil edir. Bununla yanaşı məcəllədə qeyd edilir ki, mikrosahibkarlıq subyektləri bu vergini 75% güzəştlə ödəyəcəklər. Yəni topdansatış fəaliyyəti ilə məşğul olan mikrosahibkarlıq subyektləri vergini faktiki olaraq 5% dərəcəsi ilə ödəyəcəklər. Dövrüyyəsi 200 min manatdan çox olan subyektlər isə əvvəlki kimi ƏDV ödəyicisi olacaqlar. Yeri gəlmişkən, dövrüyyəsi 200 min manata kimi olanlar könüllü surətdə əvvəlki kimi ƏDV ödəyicisi ola bilərlər.

– Mikrosahibkarlıq subyektlərinə kimlər aid edilir?

– Onların meyarları hələ qanunla müəyyən edilməyib. Məntiqlə bu meyarların qanunvericilikdə yanvarın 1-ə kimi müəyyənləşdirilməsi gözlənilir. Çox guman ki, bu dövrüyyəsi illik 200 min manata kimi olan sahibkarlıq subyektləri olacaq. Amma ola bilər ki, fərqli rəqəm də olsun. İstənilən halda bu 200 min manatdan çox olmayacaq.

– Bəs pərakəndə ticarətlə məşğul olanlar vergini necə ödəyəcəklər?

– Dövrüyyəsi ardıcıl 12 ay ərzində 200 min manatdan az olan subyektlər əvvəlki kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qalacaqlar. Yeni dəyişikliklərə əsasən bütün ölkə üzrə  sadələşdirilmiş vergi 2% təşkil edəcək. İstisna ancaq xəz-dəri,qızıl və ondan hazırlanan məmulatları, almaz (eyni zamanda emal olunmuş) və üzərində onun olduğu məmulatları satan pərakəndə ticarət oyektləridir.  Onlar pərakəndə ticarətlə məşğul olsalar belə, yenədə sadələşdirilmiş vergi ödəyiciləri ola bilməzlər. Sadələşdirilmiş vergi ödəyicisi olan pərakəndə ticarət subyektlərinin dövrüyyəsi qanunla müəyyən edilmiş qaydada 200 min manatı keçdikdə onlar ƏDV ödəyicisi olacaqlar. Bu isə o deməkdir ki, əlavə olaraq hüquqi şəxslər eyni zamanda mənfəət vergisi, fiziki şəxslər isə gəlir vergisi ödəyicisi olacaqlar

– Pərakəndə ticarətlə topdansatış ticarətin fərqini sadə dillə izahı nədir?

Pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət kassa aparatı ilə aparır. Müştəri tərəfindən xüsusi tələb olduqda isə elektron qaimə-faktura və vergi hesab fakturası təqdim edə bilir. Eyni zamanda hesab edilir ki (əslində bu ehtimaldır), alıcı məhsulun son istehlakçısıdır.   Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar. Bu zaman elektron qaimə faktura və ya vergi- hesab fakturası təqdim edirlər. Əslində bəzi hallarda onların “sərhədini” tam olaraq ayırd etmək çətin olur.

– Bəs qanunvericilikdə dəyişən nə oldu?

– Əvvəllər dövriyyəsi ardıcıl 12 ay müddətində 200 min manatdan az olan ticarət subyektləri sadələşdirilmiş vergi ödəyicisi olurdular. Bakı şəhəri üzrə vergi 4%, digər regionlar üzrə isə 2% təşkil edirdi. Dövrüyyə qanunla müəyyən edilmiş qaydada 200 min manatı keçdikdə ticarət fəaliyyəti subyektinə 2 seçim yolu verilirdi. O, seçimindən asılı olaraq 6% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi ola bilərdi. Yeni dəyişikliklərdən sonra 6% sadələşdirilmiş vergi bazasına keçid ləğv edildi. Yəni keçid ancaq ƏDV ödəyicisi sisteminə ola bilər. Bu isə o deməkdir ki, dövrüyyəsi müvafiq qaydada 200 min manatı keçən bütün ticarət subyektləri ƏDV ödəyicisi olacaqlar. Yeri gəlmişkən qeyd edim ki, əvvəlllər dövrüyyəsi 200 min manatdan az olan ticarət subyektləri könüllü olaraq ƏDV ödəyicisi ola bilirdilər. Onlar bu hüquqdan gələcəkdədə istifadə edə bilərlər.

– Sizcə yeni sistem güzşəştlidir yoxsa burda sərtləşmə elementləri var? Çünki yeni dəyişikliklər bir çox ticarətçiləri narahat edir.

– İlk olaraq bu, vergi ödəyicisinin əvvəlki iş prinsipindən asılıdır. Yumşaq desək bu ondan asılıdır ki, əvvəl kim necə işləyirdi. Məncə ən əsası budur. Ümumi danışsaq isə, məsələn ƏDV ödəyiciləri olmuş ticarət subyektləri üçün heçnə dəyişmir. Regionlarda 2% sadələşdirilmiş vergi dərəcəsi ilə işləyən pərakəndə ticarət subyektləri üçün də heçnə dəyişmir. Ancaq Bakıda 4% dərəcəsi ilə işləyən pərakəndə ticarət subyektlərinin sadələşdirilmiş vergi üzrə yükü 4%-dən 2%-ə enir. Əlavə olaraq qeyd edim ki, 6% sadələşdirilmiş vergi sistemi ləğv edilir. Məsələn, idxal məhsullarını satanlar üçün əksər hallarda bu sərf etmirdi və onlar daha çox ƏDV sistemini seçirdi. Amma bəzi hallarda həmin sistemə üstünlük verənlər olurdu. Bunun üzərində dayanmaq istəməzdim, çünki məsələ bir qədər dərindir. Əlavə deyim ki, vergi məcəlləsindəki dəyişikliklə hələ işlər bitmir. Bundan qabaq qeyd etmişdim ki, mikro-sahibkarlıq subyektlərinin meyarları müəyyən edilməlidir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sahibkar vergi yükünü kompleks şəkildə hesablamağa üstünlük verir, ayrı-ayrı elementlər üzrə yox.

Rəy bildir

Please enter your comment!
Please enter your name here