Əsas səhifə Startup Thomas Reardon düşüncə gücü ilə idarə olunan gadget-i necə yaradır?

Thomas Reardon düşüncə gücü ilə idarə olunan gadget-i necə yaradır?

127
Paylaş
Thomas Reardon
Thomas Reardon

Qeyd edək ki,  Mark Zuckerberg Thomas Reardon-un startapına görə 1 milyard dollara qədər pul verə bilər.

İnsanın quyruğu olacaq. O, mexaniki olacaq, amma onu biz düşüncə gücü ilə idarə edəcəyik – eynilə necə ki, əlimizi və ayağımızı idarə edirik. Quyruq istəməsəniz, məişətdə faydalı olan üçüncü əl daşıya bilərsiniz. Doğrudur, onunla düzgün şəkildə rəftarı öyrənmək üçün vaxt lazım gələcək. Amma hamımız artıq bu yoldan keçmişik: körpələr öz hərəkətlərinə nəzarət edə bilmirlər, amma bilərəkdən əllərini tərpətməyi, yeriməyi, böyüyəndə isə artıq iynə saplamağı tez öyrənir…

Bu ideyanın gerçəkləşməsi üzərində Thomas  Reardon komandası ilə birgə işləyir. İşlərinin bir hissəsi 1979-cu il Asteroids arkada kompyuter oyununu oynamaqdır. Burada uçan boşqabları və asteroidləri güllələmək lazımdır. Amma onlar bunu “siçan” və klaviaturalarsız edirlər – tək bir düşüncə gücü ilə.

Laboratoriya əməkdaşları artıq yeni yüksəkliyi fəth ediblər – Fruit Ninja oyununu, o, Asteroids-dən daha müasir və çətindir ( burada ekranda peyda olan meyvələri ehtiyatla, yəni aralarında gələn bombanı parçalamamaqla katana (qılınc) ilə doğramaq lazımdır).

Bu startapı Google və Amazon kimi İT-nəhəngləri də yüksək qiymətləndiriblər. Reardon-un CTRL-labs startapı bu ilin fevralındakı son maliyyə raundunda 28 milyon dollar cəlb edib. Ümumilikdə yarandığı 2015-ci ildən bəri səhmdarlar ona 67 milyon dollar yatırım ediblər. Amma onu hamıdan çox Zuckerberg qiymətləndirib. Belə ki, bu yaxınlarda Facebook CTRL-labs-ı almaq barədə razılıq əldə edib. Əməliyyatın dəqiq məbləği bilinməsə də onun 0,5-1 milyard dollar olduğu deyilir.

Reardon-un bu layihəsi alınsa, kompyuter “siçan”ı artıq keçmişə qovuşa bilər, sms-ləri isə biz əlimizi cibimizdən, smartfonları da qoruyucu qablarından çıxarmadan yaza bilərik. Hərçənd ki, belə bir texnologiya əlillər üçün müxtəlif cihazların istehsalında tələb olunandır, Reardon bununla məşğul olmaqdan təmamilə imtina edir.