Ötən gün “E-mail və Web-müdafiə“si sahəsində dünya liderlərindən biri olan Barracuda Networks şirkəti ilə ABŞ-ın nüfuzlu İnvestisiya Fondu olan Thoma Bravo şirkəti arasında bu şirkətin satın alınmasına dair razılıq əldə olunmuşdur.
Hələ bu ilin sentyabrın 27-də Barracuda Networks şirkətinin satışa çıxarılması haqqında bu şirkət rəsmiləri məlumatlar yaymışdılar. Artıq bu məlumatdan sonra Thoma Bravo şirkəti onun 1,5 milyard dollara satın alınmasına dair razılığa gəldiklərini bildirmişlər. Satın alan investisiya şirkəti Thomas Bravo bundan sonra şirkətin pablik(public) deyil şəxsi investorların əlində olacağını bildirmişlər.
“Barracuda Networks”in verdiyi bəyanatda bildirilir ki, şirkət hər bir səhminin qiyməti 27,55 dollardan olmaqla investisiya fondu Thomas Bravonun onun əldə edilməsi ilə bağlı təklifi ilə razılaşmışdır. Bu qiymət “İnformasiya Texnologiyaları təminatı üçün həllər” təklif edən istehsalçının 27 noyabr tarixindəki kotirovka qiymətlərindən 16,3% çoxdur. Ötən gün birjaların bağlanması ərəfəsində şirkətin qiymətli kağızlarlarının dəyəri 27,59 dollarolmuşdur.
Artıq ötən gün ilkin razılaşma şərtlərinə uyğun olaraq Thoma Bravo şirkəti “Barracuda Networks”ə kənardan heç bir vəsait cəlb etmədən 1,47 milyard dollar ödəyəcəkdir. Sövdələşmənin 2018-ci ilin fevralın sonunda imzalanacağı bildirilir.
Bildiyimiz kimi Barracuda Networks şirkətinin “Şəbəkə təhlükəsizliyi həlləri”ni dünyanın 50 000-dən çox şirkəti və təşkilatı istifadə edir. Onun informasiya təhlükəsizliyi ilə bağlı bazardakı Barracuda Spam Firewall, Barracuda Web Filter, Barracuda İM Firewall məhsulları dünyada İKT mütəxəssislərinə yaxşı məlumdur.
Mənbə: digitalazerbaijan.az