Şirkətin sistemi hər işçinin iş qabiliyyətinə nəzarət edir və onlara xəbərdarlıq edir.
2017-ci ilin avqustundan 2018-ci ilin sentyabrına kimi “Amazon” “yüzlərlə” əməkdaşı bir sifariş mərkəzindən istehsal planını yerinə yetirmədiyinə görə qovub. Bu barədə, şirkətin sənədlərinə istinadən The Verge yazıb.
“Amazon”un nümayəndəsi bildirib ki, bu vaxt ərzində 300-ə yaxın adam qovulub. Təkcə Baltimore-dəki müəssisədə 2,5 min ştatlı əməkdaş işləyir. Nəşriyyat açıqlama verib ki,şirkət təkcə natamam iş qabiliyyətinə görə ştatın 10%-dən çoxunu qovub.
“Amazon” 125 minə yaxın əməkdaşı olan 75-dən çox xidmət mərkəzlərinə rəhbərlik edir. The Verge bildirib ki, il ərzində minlərlə şəxs sifarıişləri yetərincə cəld həyata keçirə bilmədiyi üçün şirkətdə işini itirib.
Bundan başqa, sənədlər sifariş mərkəzlərində yüksək avtomatlaşdırma dərəcəsindən də bəhs edir.”Amazon” sistemi hər bir əməkdaşın ayrı-ayrılıqda iş qabiliyyətinə və “ işsizlik vaxtı”na nəzarət edir – əgər işçi uzun müddət paketi skan etmirsə sistem ona avtomatik olaraq xəxbərdarlıq edir.Nəticədə əməkdaş qovula bilər.
The Verge açıqlama verib ki, bəzi işçilər planı doldura bilməyəcəklərindən ehtiyat edərək fasilə müddətindən istifadə etmirlər. “Amazon”un tənqidçiləri bildirirlər ki,şirkət əməkdaşlarına maşın kimi yanaşır və ancaq rəqəmləri görür.
“Amazon”un verdiyi açıqlamaya görə, son iki ildə Baltimore obyektində olduğu kimi bütün Şimali Amerikadakı müəssisələrində də qovulmaların sayı ümumilikdə azalıb. Şirkət qovulmaların sayı barədə məlumat vermir.
2018-ci ilin dekabrında “Amazon”un Minnestone-dakı müəssisəsində işləyən Şimali Amerikadan olan immiqrant işçilər şirkətə qarşı etiraz elan ediblər. Onlar tsdiq ediblər ki, riteyler əməkdaşların üzərinə həddindən çox ciddi iş fəaliyyəti tələbi qoyub və onlarla sanki robotlar kimi davranır.