Əsas səhifə Biznes Analitika Tez-tez ezamiyyətə yollanan işçilər digərləri ilə müqayisədə daha xoşbəxt olurlar– ARAŞDIRMA

Tez-tez ezamiyyətə yollanan işçilər digərləri ilə müqayisədə daha xoşbəxt olurlar– ARAŞDIRMA

125
Paylaş

Analitiklər müəyyən ediblər ki, ezamiyyətə getmək ofisdə oturub işləməkdən daha faydalıdır. Bu əməkdaşları həm daha xoşbəxt edir həm də onların şirkətə sadiqliyini qoruyub saxlayır.

MetLife beynəlxalq sığorta şirkəti 2,6 mindən çox amerikan işçisi arasında sorğu keçirib və məlum olub ki, daim ofisdə işləməkdənsə ölkədən kənara ezamiyyətə getmək xoşbəxtlik gətirir. Amma belə bir məqamda onlar üçün stabillik və özlərini şirkətin bir hissəsi kimi hiss etmək çox vacibdir.

Bunun üçün isə əməkdaşla menecerlər və direktorlar şurasının üzvləri arasında qarşılıqlı sürətli əlaqə, həmçinin şəffaflıq olmalıdır.

Oktyabrda analitiklər araşdırıblar ki, 90%-dən çox əməkdaş çevik iş qrafikləri olduğu halda daha çox işləməyə hazırdırlar.