2010-cu ildə müəyyən məbləğ pul yığmış olsaydınız bu vəsaiti hansı səhmlərə yatırım edərdiniz?
Böyük ehtimalla son illərdə iştah qabardan Google, Amazon, Netflix və ya Tesla kimi müvəffəqiyyətli texnologiya şirkətlərinə sərmayə etməyi düşünərdiniz. Zərərli də etməzdiniz, çünki 2010-cu ilin yanvar ayından etibarən bu şirkətlərdən hər hansı birinə investisiya etsəydiniz, pulunuz ən az iki dəfə artar və başlanğıc məbləğinə görə olduqca yaxşı dəyərlənərdi.
Bəs texnologiya şirkətlərini bir kənara buraxıb pulunuzu həqiqətən iştah qabardan bir şeyə, məsələn pizzaya yatırsaydınız nə olardı? Məsələn Dominos Pizza şirkətinə…
Beynəlxalq bir pizza şirkəti olan Dominos 2009-cu ildə pizzasının komponentlərini dəyişdirdikdən və pizza reseptini yenilədikdən sonra ötən on ildə ABŞ-dakı ən müvəffəqiyyətli şirkətlərin bir qisimindən daha yaxşı performans göstərdi. O gündən bu yana şirkətin səhm qiyməti təxminən 2.000 faiz bahalaşıb.
2016-ci ildə şirkət 2,5 milyard dollar gəlirlə 215 milyon dollar mənfəət əldə etdi. Şirkətin bazar dəyərini təxminən 9 milyard dollara çatdı.
Beləliklə əgər 2010-cu ildə $1000-lıq Dominos Pizza sәhmi alsaydınız indi bu rәqәm $21380 olacaqdı.