Əsas səhifə Biznes sahələri Texnologiya Texnologiya nəhəngi adını dəyişdirdi

Texnologiya nəhəngi adını dəyişdirdi

164
Paylaş

NAND flash çip və televizor istehsalı bizneslərini satandan sonra kompüter biznesinin də 80%-ini “Sharp”a satan Yaponiyanın texnologiya nəhəngi “Toshiba” (Toşiba) adını da dəyişdirib. Şirkət artıq noutbuk kompüter bazarında “Dynabook” adı ilə fəaliyyət göstərəcək.

Yaponiyanın texnologiya şirkəti “Toshiba”, ilk modelini 1984-cü ildə çıxardığı noutbuk bazarında adını dəyişdirib. Şirkət qlobal miqyasda noutbuk bazarında artıq “Toshiba” deyil “Dynabook” adı ilə yoluna davam edəcək.
“Sharp Corporation” 2018-ci ilin Oktyabr ayında “Toshiba”nın kompüter biznesinin 80.1%-ini satın alıb.