Test-drayv: müasir texnologiyalar yuxuya necə müsbət təsir göstərir

Date:

Paylaş:

Yuxunun vacibliyi və “sosial jetlaq”ın (yuxu sərsəmliyi) ziyanları barədə bugün hərkəs narahatlıq keçirir. İlya Mutovin xüsusi olaraq Forbes Life üçün yuxu ilə əlaqəli 30 gadjeti sınaqdan keçirərək bu istiqamətdə trekerlərin, yorğanların, matras və maskaların  nə dərəcədə faydalı olmasını araşdırır.

Bugün yuxunun vacibliyindən yazmaq açıq həqiqətləri təkrarlamaq kimidir. Demək olar ki, sağlamlığının bu və digər dərəcədə qayğısına qalan hər bir insan siqaret çəkməyin və şəkərdən istifadənin ziyanlı olduğunu bilir, yuxunu isə qurban vermək istəmirlər. Məhz bu zaman orqanizmdə həyati əhəmiyyətli proseslər gedir: biz yuxuda olarkən beyin sinir əlaqələri yaradır, yığılmış kimyəvi-bioloji və zehni gərginlikləri aradan qaldırır və növbəti günə hazırlaşdırır. Buna baxmayaraq, işləyən insanlar məhz gecə yuxularına haram qatırlar. Tapşırıqlarla yükləndiyiniz vaxtlarda çox işləmək qərarına gəldiyinizi xatırlayırsınızmı? Bəs bir müddət keçdikdən sonra bu qərarı necə dəyərləndirmisiniz?

Bilmək lazımdır ki, yuxunun keyfiyyətinə texnologiyalar deyil, yaxşı yuxuya səbəb olan düzgün hazırlıq və psixo-emosional tənzimləmə daha çox təsir göstərir.

Stress yuxuya ciddi təsir edən amillərdən biridir. Onun həddini təyin etmək də ayrıca böyük bir tapşırıqdır. Xroniki stressdə heç bir texnologiya və balışlar vəziyyəti dəyişə bilmir.

Rejim də çox vacibdir. Məzuniyyət, istirahət və iş günlərində özünüzü də başqalarını da eyni anda yuxuya getməyə vərdiş etməyiniz vacibdir. Yuxuya haram qatıb ancaq həftə sonları yatmaq lazım deyil. Həftə sonu bolluca yatmaq qərb dünyasının bəlasıdır və onun ayrıca “sosial yuxu sərsəmliyi” kimi adı da var. Araşdırmalar göstərir ki, hər pis yuxu ilə keçən gecə beyində iz buraxır. Yəni hər günün öz yuxu payını ayrıca ödəmək lazımdır.

Sərbəst yatmaq. Əgər sizin ayrıca yatmaq imkanınız varsa, bu yaxşıdır. Yox əgər yoxdursa, çalışın o zaman heç olmasa çarpayınız rahat hərəkət edə bilməyiniz üçün geniş olsun və ayrıca örtük, balışınız olsun. Yanınızda yatan birisinin səsini nə qədər az eşidib, hərəkətlərini də bir o qədər az hiss etsəniz yuxunuz üçün daha da yaxşı olar.

Yuxuya 1-2 saat qalmış ekranları söndürmək. Qeyd edək ki, telefonu gecə rejiminə keçirmə onu heç də daha az zərərli hala gətrimir. Kitab oxumaq və ya gəzinti yuxunun keyfiyyətinə müsbət təsir göstərir. Xüsusən də əgər bunları hər hansısa bir seriala bamaq yerinə edirsinizsə.

İstənilən stimulvericilər – qəhvə, nikotin, alkoqol və başqaları günün ikinci yarısında yuxunun keyfiyyətini azaldır. Onlar oqanizmi elə hala gətirirlər ki, siz yuxunuz gəldiyini hiss etmirsiniz. Əgər hər gün gecə saat ikidə yuxuya gedirsinizsə bunun səbəbi həmin stimulvericilər ola bilər, ona görə də daha tez yata bilmək üçün günün ikinci yarısında onlardan istifadə etməmək məsləhətdir.

Yuxunun keyfiyyətini yaxşılaşdırmaqda ilk addım onun özün üçün üstünlüyünü dəyərləndirməlisən. Bunun üçün açıq-aydın qərarlar var: daha tez yatmaq, yatmazdan öncə içməmək və siqaret çəkməmək, yataq otağının havasını dəyişmək, yuxunu bir neçə əlavə saatlara bölmək. Amma ona təkan vermək üçün  bir sıra texnologiyalar da var.

Yuxu trekeri

Ən əsas Oura Ring üzüyünü qeyd edə bilərik. Bazarda SleerAce RestOn və Garmin saatı kimi digər texnologiyalar da var, amma Oura Ring üzüyü istifadəçiyə bütün lazım olan məlumatları verir. Oura sırf yuxunun təhlilini aparır. Üzük dinclik nəbzini hesablayır – bu, yuxunun keyfiyyətini, yatma və durma vaxtını, gecənin oyaq saatlarını və yuxu mərhələlərini qiymətləndirmək üçün ən vacib göstəricilərdən biridir. Yuxu mərhələləri bubaxımdan daha az vacib sayılır, çünki bir barmaqdan yuxunun fazasını təyin edə biləcək kifayət qədər məlumatı əldə etmək mümkün olmur.

Yuxunun normallaşdırılması təkrarlanan bir prosesdir. Oyandıqdan dərhal sonrakı vəziyyətinizin yaxşı olması yaxşı yatmağınızın göstəricisidir. Oyandıqdan 3-5 dəqiqə sonra siz yaradıcılıq həvəsində olursunuzsa, ən çətin tapşırıqları həll etməyə tələsirsinizsə demək ki, yaxşı yatmısınız. Yox əgər sizə kofe və ya bir qədər yuxu almaq lazım gəlirsə, çox güman ki, yaxşı yatmamısınız.

Havanın keyfiyyət sensorları

Buna  Xiaomi Mijia Air Quality Tester-i misal gətirmək olar. O, temperaturu, rütubəti, karbon qazının tərkibini və havanın digər parametrlərini ölçür.

Gadjet özü çox qarışıqdır: zamanla o daha yavaş işləməyə başlayır, amma bütövlükdə yataq otağındakı havanın keyfiyyətini əks etdirir və  doğru dəyişiklik yollarını da təqdim edir. Həm yuxu keyfiyyəti izləyicisi həm də hava keyfiyyəti sensoru olmaqla o,  hansı parametrlərin yuxunun keyfiyyətinə təsir etdiyini sınaqdan keçirməyə imkan verir. Havanin rütubətliliyinə nəzarət etmək üçün böyük bir yuyucu və nəmləndirici lazımdır. Xüsusən də qışda havanın keyfiyyətini yoxlamaq lazımdır – rütubəti 50% dərəcəsində saxlamq üçün  böyük istehsal sistemi lazımdır. Əgər siz sərin havada yatmağı xoşlayırsınızsa sizə isti örtüklər lazımdır. Bundan başqa, ağır örtükdə daha yaxşı yuxu almaq olur. Böyük balışlar isə üzü üstə yatmaq üçün münasib deyillər və üzü üstə yatmağın özü isə yuxudan tez-tez oyanmağın və aşağı keyfyyətli yuxunun əsas faktorlarından biridir.

İşıq və səslər

Yataq otağı qaranlıq olmalıdır: evdə jalüzlər və keçiriciliyi olmayan pərdələr buna kömək edir. Səyahətdə isə bunun üçün maska lazımdır. İdeal olanını tapmaq üçün, müxtəlif bir neçəsini yoxlamaq lazımdır. Bunlardan birinə misal olaraq isə Jersey Slumber 100% Silk Sleep Mask-ı deyə bilərik. Səhər oyanmaq üçün lampa isə qışda qaranlıqda oyanmağa görə lazımdır. Orqanizmə oyanmaqda  Circadian Optics Lumine Light Therapy Lamp lampası da kömək edə bilər. O, əsl günəş şüası işığını əvəz edə bilir. Yayda isə o bir o qədər də lazım olmur. Bir çoxları ətraf səslərin onların yuxusuna təsir etmədiyini deyir, əslində isə bu belə deyil: beyin oyanmasa belə yuxuda olarkən bütün səsləri “qeydə alır”. Bunun üçünsə Flents Quiet Please Ear Plugs kimi qulaq keçiricilərindən istifadə etməkdə fayda var.

Yuxuya demək olar ki, heç təsir etməyən əşyalar

Matras. Yuxuya təsir baxımından onun xüsusi bir fərqi yoxdur. Əgər onda heç bir problem olmazsa o zaman yuxu da normal olacaq. İstisna olaraq, sərinlədici matraslardır ki, onlar da hələ ki istifadə sınağıdan keçirilməyiblər.

Müxtəlif səsli cihazlar. Müəyyən bir səs çıxaran xüsusi cihazlar var və onların səsinə siz və beyniniz reaksiya verir, nəticədə də yaxşı yatırsınız.

Ətirli lampalar. Havada dövr edən lavanda və ya nanə qoxusu yuxuya getməyə kömək etməlidir. Amma əgər ətir çox kəskindirsə bu oyanmaların sayını artıra bilər. Yüngül qoxu yaxşı təsir bağışlaya bilər, amma yuxunun ölçüsünü yaxşılaşdırmayacaq.

Əgər yuxuya düzgün hazırlaşsanız və yatağınızı bütün müasir texnologiya şərtlərinə uyğun şəkildə düzəltsəniz yuxu keyfiyyətiniz yüksələcək. 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...