Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Tesla”nın səhmlərinin dəyəri sürətlə artır

“Tesla”nın səhmlərinin dəyəri sürətlə artır

34
Paylaş

İlin birinci kvartalında “Tesla” şirkəti 102,670 elektromobil istehsal edib, 88,400 elektromobil isə müştərilərinə çatdırılıb.

Bu barədə “Tesla” şirkətinin yayımladığı press-relizdə hesabat verilib. Koronavirus pandemiyasına baxmayaraq, “Tesla” şirkətinin elektromobil çatdırılmalarında keçən ilin birinci kvartalı ilə müqayisədə 40%-lik artım müşahidə olunub.

Hesabat verildikdən sonra “Tesla” şirkətinin səhmləri cümə axşamı elektron ticarətdə 17%-ə qədər dəyər qazanıb. Ümumilikdə son 12 ayda “Tesla”nın kapitallaşmasının 59% artdığı bildirilib.

©Qafqazinfo