Dünən, 21 yanvarda bazarın bağlanmasından sonra Nasdaq birjasında “Tesla”nın səhmlərinin qiyməti 7,2% artaraq hər biri 547 dollar olub. Bundan sonra qiymət daha 1,4% artaraq 555,1 dollara kimi bahalaşıb. Bloomberg yazır ki, şirkətin bazar kapitalizasiyası 100,1 mlrd. dollar təşkil edib.
Agentlik qeyd edir ki, “Tesla”nın səhmləri son hesabat açıqlamasından bəri iki dəfə bahalaşıb: 2019-cu ilin üçüncü rübündə şirkətin xalis mənfəəti 143 mln. dollar olub.