Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Tesla”nın kapitalizasiyası 89 mlrd. dolları ötüb

“Tesla”nın kapitalizasiyası 89 mlrd. dolları ötüb

94
Paylaş

Son üç ayda “Tesla”nın səhmlərinin qiyməti iki dəfədən də çox artıb.

2020-ci ilin 8 yanvarında “Tesla”nın səhmləri 5% bahalaşaraq hər biri 492 dollar olub. Şirkətin kapitalizasiyası 89 mlrd. dolları keçib – bu, Ford və General Motors kimi iri amerikan şirkətlərinin bazar dəyərindən çoxdur: onların kapitalizasiyası müvafiq olaraq 37 mlrd. dollar və 50 mlrd. dollar olub.

Səbəb kimi 2019-cu ilin üçüncü rübündə şirkətin yaxşı maliyyə nəticələri əldə etməsi və Çində ilk zavodunun açılması göstərilir.

Qeyd edək ki, kapitalizasiyasına baxmayaraq, satış sayı baxımından “Tesla” digər ənənəvi maşın istehsalçılarından geri qalır.