Son üç ayda “Tesla”nın səhmlərinin qiyməti iki dəfədən də çox artıb.
2020-ci ilin 8 yanvarında “Tesla”nın səhmləri 5% bahalaşaraq hər biri 492 dollar olub. Şirkətin kapitalizasiyası 89 mlrd. dolları keçib – bu, Ford və General Motors kimi iri amerikan şirkətlərinin bazar dəyərindən çoxdur: onların kapitalizasiyası müvafiq olaraq 37 mlrd. dollar və 50 mlrd. dollar olub.
Səbəb kimi 2019-cu ilin üçüncü rübündə şirkətin yaxşı maliyyə nəticələri əldə etməsi və Çində ilk zavodunun açılması göstərilir.
Qeyd edək ki, kapitalizasiyasına baxmayaraq, satış sayı baxımından “Tesla” digər ənənəvi maşın istehsalçılarından geri qalır.