Elektromobil istehsalçısı “Tesla” 2018-ci ilin ilk rübünün yekunlarına əsasən rekord zərərə məruz qalıb.
İKT.lent.az-ın “The Wall Street Journal” nəşrinə istinadən verdiyi xəbərə görə, şirkət ardıcıl 5 rübdür ki, zərərlə işləyir. Son rübdə şirkətin itkisi 710 milyon dollar təşkil edib. Lakin analitiklər bundan daha böyük zərər gözləyirdilər.
“Tesla”nın CEO-su Elon Mask bildirib ki, şirkət bundan sonra həftədə 5 min “Model 3” buraxa biləcək. Bu cür istehsal tempi və əməkhaqlarının ixtisarı planı şirkətə imkan verəcək ki, 3-cü və 4-cü rüblərdə gəlir əldə olunmağa başlansın.
Qeyd edək ki, “Tesla” 2017-ci ilin iyulunda “Model 3”ün yığımına başlayıb. Elektromobilin qiyməti 35 min dollardan başlayır. “Model S” 75-100 min dollardır. “Model X”ın qiyməti isə 80 min dollardan başlayır.
175596 582967Hello DropshipDragon provides dropping for quality, affordable products direct from China to your customers. Perfect for eBay sellers and internet site owners alike! 550191