Tesla zərəri 408 milyon dollara endirib

Date:

Paylaş:

Hesabat fonunda şirkətin səhmləri 10% azalıb.

Tesla 2019-cu ilin ikinci rübünə olan hesabatı dərc edib. Rekord sayda avtomobil satışına baxmayaraq şirkətin maliyyə göstəriciləri analitiklərin proqnozundan daha pis olub, The Wall Street Journal bildirir.

Gəlir, 2018-ci ilin ikinci rübü ilə müqayisədə 59% artıb və 6,35 milyard dollar olub. Analitiklər isə 6,41 milyard dollar gözləyirdilər.

Xalis zərər 408,3 milyon dollar və ya hər səhmə görə 2,31 dollar olub. Keçən il zərər 717,5 milyon dollar və ya səhmə görə 4,22 dollar təşkil edib. Düzəldilmiş zərər səhmə görə 1,12 dollar olub, analitiklər isə bunu səhmə görə 0,35 dollar gözləyirdilər. Tesla bildirib ki, 2019-cu ilin üçüncü rübündə yenidən gəlirli olacaqlarını düşünür.

Təkcə 2019-cu ilin ilk altı ayı ərzində Tesla müştərilərinə təxminən 158,2 min avtomobil göndərib. İlin sonuna şirkət həftəyə 10 min Model 3 maşını buraxmağı planlaşdırır.

Şirkətin hesabında 5 milyard dollar var və bu, Tesla tarixində ən yüksək göstəricidir. Bura həm də səhmlərin satışından gələn 2,7 milyard dollar və 2019-cu ilin mayında istiqraz emissiyası daxildir. Sərbəst pul axını 614 milyon dollar edir.

Tesla 2019-cu ilin kapital xərcləri üzrə proqnoza baxıb: indi o, 2-2,5 milyard dollar yerinə 1,5-2 milyard dollardır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...