Yeni model 2020-ci ildə satışa buraxılacaqdır.
Tesla şirkəti, qiyməti 39 min dollar olan yeni Model Y elektrik avtomobilini nümayiş edib.
Avtomobil yeddi sərnişin üçün nəzərdə tutulub və bir dəfə elektrik yığmaqla 484 km yol gedə bilir. Elektrokarın maksimal sürəti 241 km/s təşkil edir (yalnız Performance komplektasiyasında). Model Y elektrik avtomobili, Model 3 avtomobilin buraxıldığı platformadan istifadə edir, burada əsas məqsəd istehsal xərclərinin azaldılmasıdır.
2020-ci ilin payız aylarında Model Y avtomobili 47 min dollar, daha güclü versiyalar isə 60 min dollar qiymətinə satılacaqlar. 2012-ci ildə daha ucuz versiyanın satışa buraxılması planlaşdırılır, onun qiyməti 39 min dollar təşkil edəcək.
“O, SUV funksionallığına malikdir, lakin sportkar kimi gedir”, – Elon Musk təqdimatda qeyd edir.