“Tesla” sürücüsüz taksilərin 2020-ci ildə istifadəyə veriləcəyini bildirib

Date:

Paylaş:

Şirkətin hesablamalarına görə, avtomobil sahibləri ildə 30 min dollar qədər qazana bilərlər.

“Tesla” sahibləri öz maşınlarını istifadə etmədikləri vaxt kirayəyə verə bilərlər. Avtomobillər sürücüsüz taksi kimi işləyəcəklər.

“Robotaxi”-nin müştəriləri xüsusi tətbiqi proqram vasitəsilə maşın çağıra biləcəklər. Maskın sözlərinə görə qarşıdakı il yarım ərzində parkda 1 milyona qədər maşın olacaq.

İstənilən sahibkar “Tesla” şəbəkəsindən avtomobil əlavə edə və ya onu ordan çıxara bilər. Kifayət qədər maşın olmayan ərazilərdə şirkət öz maşınlarını istifdə edəcək.

“Robotaxi”-də  gediş haqqı hər milə görə 0,18 dollardır. Bu orta dəyəri 2-3 dollar olan adi avtomobil paylaşımında olandan azdır.

“Tesla” sahibləri özləri, maşını bölüşmə vaxtını müəyyən edə, eyni zamanda ondan istifadə edəcək insanlar dairəsini, məsələn dostlar yoxsa ailə üzvləri olmaqla, sərbəst şəkildə məhdudlaşdıra biləcəklər.

Bu yolla avtomobil verən sahibkar ilə 30 min dollara qədər gəlir əldə edə biləcək. Beləcə, avtomobil 11 il işləyəcək. Tesla komissiyası 25-30% təşkil edir.

“Tesla” bəzi ərazilərdə sürücüsüz taksi xidmətini 2020-ci ildə istifadəyə verməyi planlaşdırır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...