Digər avtomobil istehsalçıları rəqəmsal media, reklam büdcələrinin çoxunu “Facebook”da kampaniyalara ayırıb.
Amerika elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla” ötən ay, əvvəllər də olduğu kimi sosial şəbəkələrdə reklama 0 dollar ayırıb.
Bu haqda “BrandTotal” araşdırma şirkətinin hesabatında qeyd olunub. Kompaniya sosial şəbəkəni reklam platforması kimi istifadə etmir və paylaşımlar yalnız kontentə və istifadəçilərin orqanik əhatə dairəsinə əsaslanır.
Hesabata görə, “Tesla” adıçəkilən platformada istifadəçilərin sayına görə, yalnız “Porsch”yə güzəştə gedir. Belə ki, Amerika kompaniyasının sosial şəbəkədə əhatə dairəsi 2 milyon, Almaniyadan olan rəqibdə isə 2,2 milyondur.
Bundan başqa, “Tesla” “Twitter”də aktiv marketinq kommunikasiyasını aparan, avtomobil istehsal edən şirkətlərdən biridir.
“Güclü brendlər rəqəmsal reklama böyük xərclər çəkmədən belə, böyük əhatə dairəsinə malik ola bilərlər. Bu onun nəticəsi ola bilər ki, “Tesla” pərəstişkarları artıq aktiv şəkildə “Twitter” və digər platformalardan istifadə edirlər. Markanın sosial şəbəkələrdə orqanik əhatə dairəsi böyük olanda, brend belə platformalara marketinq xərcləri ayırmaq istəmir”, – deyə “Forbes” nəşrinə açıqlamasında “TotalBrand”ın baş direktoru Alon Leyboviç deyib.
Eyni zamanda, digər avtomobil istehsalçıları sosial şəbəkələrdə reklama kifayət qədər pul ayırırlar. Məsələn, iri avtomobil istehsalçıları apreldə “Facebook”da reklam kampaniyaları üçün böyük büdcə ayırıb. Məsələn, bu Chevrolet (54%) və Ford (55%)-dur. Nissan və Volkswagen isə ancaq “Facebook”da reklam yerləşdirilməsinə daha çox üstünlük verir. Honda, Cadillac və Mercedes reklam büdcəsinin demək olar ki, yarısını “YouTube”a xərcləyir.
Hyundai və KIA “YouTube” da kommersiya çarxlarının yerləşdirilməsinə müvafiq olaraq reklam büdcəsinin 63% və 53% həcmində investisiya edib. Infiniti, Volvo, Porsche və BMW kimi avtomobil markaları reklam büdcələrinin 30-40%-ni Instagramda xərcləyiblər.
“Tesla” isə sosial şəbəkələrdə reklam yerləşdirmir. Amma onun “Falcon Heavy” raket daşıyıcısı, “Tesla Roadster”in göyərtədə olan roliki sosial şəbəkələrdə uzun müddət müzakirə olunmuşdu. Video kompaniyanın yaradıcısı İlon Mask tərəfindən Twitter-də paylaşılmışdı. Video bundan sonra viral hala gəlmişdi.