2018-ci ilin birinci rübü ilə müqayisədə 2019-cu ilin birinci rübündə Tesla şirkətinin satışları 31% azalmışdır, bu haqda CNN Business xəbər verir.
Ümumi olaraq yanvar-mart aylarında Tesla şirkəti təxminən 63 min avtomobil satıb. Bu rəqəm ötən rübün satış səviyyəsindən 31% azdır. Ümumi satış həcminə 50.900 Model 3, həmçinin 12.100 lüks Model S sedanları və Model X avtomobilləri daxildir.
Tesla maşınlarına tələbatın azalması şirkətin səhmlərinə də təsir edib. Belə ki, qiymətlərdə 9% azalma müşahidə olunur.
Buna baxmayaraq, şirkət 2019-cu ildə 360 mindən 400 min ədədə qədər avtomobil sata biləcəyindən əmindir.